SİYASƏT


Azərbaycan Milli Məclisinin sədri Ümumçin Xalq Nümayəndələri Yığıncağının sədri ilə görüşüb

Çin Xalq Respublikasında səfərdə olan Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti iyunun 20-də Ümumçin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsinin sədri Li Canşu ilə görüşüb. Görüşdə Çin-Azərbaycan əlaqələrinin hazırda yüksək səviyyədə olduğu bildirilib, bu münasibətlərin xalqlarımızın maraqlarına söykənərək qarşılıqlı faydalı şəkildə genişləndiyi diqqətə çatdırılıb.