Azərbaycan Dövlət İnformasiya Agentliyi

Milli Məclisin sədri Oqtay Əsədovun başçılıq etdiyi nümayəndə heyəti Çində səfərdədir

20.06.2018 [19:43]

Xəbərin mətni
Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədovun rəhbərliyi ilə parlament nümayəndə heyəti Ümumçin Xalq Nümayəndələri Yığıncağının sədri Li Canşunun dəvəti ilə Çin Xalq Respublikasında rəsmi səfərdədir. İyunun 20-də nümayəndə heyəti Çin Kommunist Partiyasının Mərkəzi Partiya Məktəbində olub. Nümayəndə heyəti əvvəlcə partiyanın muzeyi ilə tanış olub.