Havanın temperaturu 37 dərəcəyə çatacaq
21.06.2018 [13:55]
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək.
Havanın temperaturunun Abşeron yarımadasında gecə 20-23, gündüz 29-34, Bakıda gecə 21-23, gündüz 31-33 dərəcə isti olacağı gözlənilir.