CƏMİYYƏT


Gədəbəydə 3 istiqamət üzrə 29 kilometr yol yenidən qurulur

Gədəbəy rayonunda uzunluğu 29 kilometr olan respublika əhəmiyyətli Şəmkir-Gədəbəy avtomobil yolunun 30-cu kilometrindən ayrılan və 20 kilometr uzunluğa malik yerli əhəmiyyətli Slavyanka-Qoşabulaq-Pərizamanlı, həmçinin 6,1 kilometrlik Çanaqçı-Haçaqaya və 2,9 kilometrlik Qoşabulaq-Sarıtala avtomobil yolları əsaslı şəkildə yenidən qurulur.