Havanın temperaturu 40 dərəcəyədək yüksələcək
26.06.2018 [15:37]
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, iyunun 27-də Bakıda və Abşeron yarımadasında hava günəşli keçəcək. Şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 21-25°, gündüz 32-37° isti olacağı gözlənilir.