Havanın temperaturu 42 dərəcəyə yüksələcək
28.06.2018 [13:49]
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli olacağı gözlənilir. Cənub-şərq küləyi əsəcək.
Havanın temperaturunun Abşeron yarımadasında gecə 22-25°, gündüz 35-39° isti, Bakıda gecə 23-25°, gündüz 37-39° isti olacağı ehtimalı var.