Azərbaycan Dövlət İnformasiya Agentliyi

DSX: Xəzər-Zirə adasının şimalındakı daşlıq ərazidə köhnə dəniz minası aşkarlanıb

29.06.2018 [13:36]

Xəbərin mətni
DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, Xidmətin Sahil Mühafizəsinin üzmə vasitələri tərəfindən Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsində adalara və qayalıqlara baxış keçirilərkən sahildən 13,9 kilometr məsafədə Xəzər-Zirə adasının şimalındakı daşlıq ərazidə 1 ədəd köhnə dəniz minası aşkarlanıb, ərazi dərhal mühafizəyə götürülüb.