MƏDƏNİYYƏT


Çinin Kunmin şəhərində Azərbaycana həsr edilən klassik musiqi konserti təşkil olunub

Çinin Yunnan vilayətinin inzibati mərkəzi olan Kunmin şəhərində Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının və dahi bəstəkar Qara Qarayevin anadan olmasının 100-cü ildönümü münasibətilə konsert təşkil edilib. AZƏRTAC xəbər verir ki, ölkəmizin Çindəki səfirliyinin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə keçirilən tədbirlər silsiləsindən olan konsert Kunmin İncəsənət Kollecinin dəstəyi ilə baş tutub.