İDMAN
“Rusiya 2018”: Dörddəbir finala 4-cü vəsiqəni Xorvatiya qazandı
02.07.2018 [01:23]
Xəbərin mətni
İyulun 1-də Xorvatiya millisi Rusiyada keçirilən futbol üzrə XXI dünya çempionatının dörddəbir final mərhələsinə vəsiqə qazanıb.
AZƏRTAC xəbər verir ki, mundialın səkkizdəbir final mərhələsi çərçivəsində Nijniy Novqorod stadionunda Xorvatiya və Danimarka milliləri qarşılaşıblar.
Xorvatiya millisi 3:2 hesabı ilə qalib gələrək növbəti mərhələyə adlayıb.
Xorvatiya millisi dörddəbir finalda iyulun 7-də Soçidə Rusiya yığması ilə qarşılaşacaq.