CƏMİYYƏT


XƏBƏRDARLIQ: Yaxın iki gün ərzində günorta saatlarında açıq havada gəzmək təhlükəlidir

İyulun 1-i Bakıda və Abşeron yarımadasında son 120 ilin rekord temperatur göstəricisi qeydə alınıb. İstirahət günü havanın hərarəti 43-44 dərəcəyə çatıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Milli Proqnozlar Bürosu iyulun 3 və 4-də anomal qızmar hava şəraitinin davam edəcəyini, bəzi yerlərdə 46 dərəcə isti olacağını açıqlayıb.