Braziliya dörddəbir finala vəsiqə qazanıb
02.07.2018 [20:05]
Xəbərin mətni
İyulun 2-də Rusiyada keçirilən futbol üzrə XXI dünya çempionatının səkkizdəbir final mərhələsinin üçüncü gününün ilk görüşündə Braziliya və Meksika milliləri qarşılaşıblar. Matçın 51-ci dəqiqəsində Villianın ötürməsindən sonra Neymar topu qapıdan keçirib. Braziliyalılar oyunun sonuna yaxın hesab arasındakı fərqi iki topa çatdırıblar. Meksikalıların cərimə meydançasına daxil olan Neymarın ötürməsindən sonra Firmino komandasının ikinci topunu vurub – 2:0.