Bakıda şimal-qərb küləyi əsəcək
06.07.2018 [14:12]
İyulun 7-də Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz keçəcək. Arabir güclü şimal-qərb küləyi əsəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturunun Abşeron yarımadasında gecə 23-25, gündüz 28-33, Bakıda gecə 23-25, gündüz 29-31 dərəcə isti olacağı gözlənilir.