Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakıda Konstitusiya Məhkəməsinin yaradılmasının 20 illik yubileyinə həsr olunan beynəlxalq konfrans keçirilir

06.07.2018 [16:27]

Xəbərin mətni
İyulun 6-da Bakıda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yaradılmasının 20 illik yubileyinə həsr olunan “Hüquqi dövlət və konstitusiya ədalət mühakiməsi: dəyərlər və prioritetlər” mövzusunda beynəlxalq konfrans keçirilir. AZƏRTAC xəbər verir ki, konfransda əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Sonra Konstitusiya Məhkəməsinin 20 illik fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.