Sabahdan havanın temperaturu yüksələcək
10.07.2018 [14:47]
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava günəşli olacaq. Şimal-şərq küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək.
Havanın temperaturunun gecə 24-27°, gündüz 34-39° isti olacağı proqnozlaşdırılır.