İDMAN


Şahmat üzrə respublika olimpiadasında 500-dək idmançı mübarizə aparır

Gənclər və İdman Nazirliyinin, Azərbaycan Şahmat Federasiyasının birgə təşkilatçılığı ilə Qusarda keçirilən şahmat üzrə respublika olimpiadasında 46 şəhər və rayondan 496 idmançı mübarizə aparır. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Qusar Olimpiya İdman Kompleksində keçirilən olimpiada 16 yaşadək gənclər arasında təşkil olunub. On bir turdan ibarət yarış İsveçrə sistemi üzrə keçirilir. Yarışlarda 10 yaşadək idmançılar “B”, 10 yaşdan yuxarı şahmatçılar isə “A” qruplarında çıxış edirlər.