İDMAN


"Rusiya 2018": Fransa millisi tarixində üçüncü dəfə finala yüksəlib

İyulun 10-da Rusiyada keçirilən futbol üzrə XXI dünya çempionatının ilk yarımfinal mərhələsinin oyunu keçirilib. Meydana Fransa və Belçika yığmaları çıxıblar. Qarşılıqlı hücumlar şəraitində keçən ikinci hissədə hesabı fransızlar açıb. Antuan Qrizmanın künc ötürməsini Samuel Umtiti dəqiq baş zərbəsi ilə tamamlayıb - 1:0. Beləliklə, Fransa millisi dünya çempionatının final mərhələsinə vəsiqə qazanıb.