İDMAN


Qonsalo İquayn “Çelsi”yə keçmək niyyətindədir

İtaliyanın “Yuventus” klubunun futbolçusu Qonsalo İquayn karyerasını İngiltərədə davam etdirmək niyyətindədir. Məlumata görə, argentinalı hücumçu “Çelsi”yə keçməyə razılıq verib. Lakin İquayn maliyyə məsələləri ilə bağlı tələbləri vacib sayır. 30 yaşlı hücumçu “Yuventus” klubunda 7,5 milyon avro qazanır və “Çelsi”də ən azı 7 milyon əldə etmək istəyir.