SİYASƏT


Azərbaycanın Baş naziri Novruz Məmmədov və İtaliya Prezidenti Sercio Mattarella birgə işçi nahar ediblər

Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədov və ölkəmizdə rəsmi səfərdə olan İtaliya Respublikasının Prezidenti Sercio Mattarella iyulun 19-da birgə işçi nahar ediblər. AZƏRTAC xəbər verir ki, ali qonağı salamlayan Baş nazir Novruz Məmmədov Azərbaycan ilə İtaliya arasında iqtisadi, siyasi, humanitar və digər sahələrdə əlaqələrin yüksək səviyyədə olduğunu qeyd etdi.