Azərbaycan Dövlət İnformasiya Agentliyi

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu XİN-də olub

24.07.2018 [19:44]

İyulun 24-də Bakıda Azərbaycanın və Türkiyənin xarici işlər nazirləri Elmar Məmmədyarovun və Mövlud Çavuşoğlunun görüşü keçirilib. AZƏRTAC xəbər verir ki, görüşdə ölkələrimiz arasında münasibətlərin inkişaf perspektivləri, eləcə də regional məsələlər müzakirə edilib. Sonra Elmar Məmmədyarov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə birgə mətbuat konfransı keçirib.