CƏMİYYƏT


Bakıda hava dəyişkən buludlu olacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq və şərq küləyi əsəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə 25-28°, gündüz 31-36° isti, Bakıda gecə 26-28°, gündüz 33-35° isti olacağı ehtimalı var.