SİYASƏT


Müdafiə naziri Moskvada bir sıra tədbirlərdə iştirak edib

Moskvaya səfəri çərçivəsində Müdafiə naziri general-polkovnik Zakir Həsənov “Beynəlxalq Ordu Oyunları - 2018” yarışlarının iştirakçı ölkələrinin nümayiş etdirilən mədəniyyət nümunələri ilə tanış olmaq üçün Alabino poliqonundakı “Dostluq Evi”ndə olub. Müdafiə naziri digər qonaqlarla birgə sərginin Azərbaycan bölməsində ölkəmizin tarixi, mədəniyyəti, adət-ənənələri, məişətinə aid eksponatlara baxış keçirib.