CƏMİYYƏT


İnsanlar ağaclara zərər verənlərə qarşı vətəndaş mövqeyi göstərməlidir

Son günlər Bakıda ağacların dibinə mənşəyi məlum olmayan maddə tökülməsi faktları insanlar arasında ciddi nahahatçılığa səbəb olub. Son 10 gün ərzində Yasamal rayonu, Şərifzadə küçəsi və Nərimanov rayonu, Ağa Nemətulla küçəsində belə faktlar sakinlər tərəfindən aşkar olunub. Hər iki faktla bağlı əraziyə məsul şəxslər cərimələnib, ağaclar mühafizə olunsa da, belə faktların təkrarlanmayacağına heç kim zəmanət verməyib. Bu məsələdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mövqeyi isə birmənalıdır.