Azərbaycanda meşə yanğının səbəblərinin 97 faizi insan faktoru ilə bağlıdır
03.08.2018 [12:20]
Bunu mətbuat konfransında ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əlizadə deyib. O bildirib ki, Azərbaycanda meşələrin 85 faizi dağlıq, 15 faizi aran ərazilərdə yerləşir. Meşələrin çox hissəsinin dağlıq ərazilərdə yerləşməsi səbəbindən həmin ərazilərin öz-özünə yanması çətin məsələdir.