Bakıda hava dəyişkən buludlu olacaq
03.08.2018 [13:23]
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, yağmursuz keçəcək. Arabir güclənən şimal-qərb küləyi əsəcək.
Havanın temperaturunun gecə 24-26°, gündüz 28-33° isti olacağı proqnozlaşdırılır.