Qəbələdə tamaşaçılara növbəti konsert proqramı təqdim olunub
04.08.2018 [10:55]
Xəbərin mətni
Festival çərçivəsində avqustun 3-də axşam saatlarında Qəbələ şəhərindəki Heydər Əliyev Konqres Mərkəzinin kamera zalında tamaşaçılara növbəti konsert proqramı təqdim olunub. Musiqisevərlərin qarşısında bu dəfə Macarıstandan gəlmiş “Budapeşt Gypsy Band” və Azərbaycanın “Qaytağı” instrumental ansamblları çıxış edib.