“Qarabağ” klubunun UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki potensial rəqibi bəlli olub
06.08.2018 [19:26]
Avqustun 6-da İsveçrənin Nyon şəhərində UEFA Çempionlar Liqasının pley-off mərhələsinin püşkü atılıb.
AZƏRTAC xəbər verir ki, bu mərhələdə Ağdam təmsilçisinin potensial rəqibi məlum olub. “Qarabağ” üçüncü təsnifat mərhələsində BATE (Belarus) səddini keçərsə, növbəti mərhələdə Hollandiyanın “PSV Eindhoven” klubu ilə qarşılaşacaq.