CƏMİYYƏT


Bakıda şimal küləyi əsəcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şimal küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə 22-25°, gündüz 30-35°, Bakıda gecə 22-24°, gündüz 33-35° isti olacağı ehtimalı var.