CƏMİYYƏT


Nazir müavini: Plastik qablardan istifadə insan sağlamlığı üçün təhlükəlidir

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə plastik tullantıların ətraf mühitə təsirinin azaldılmasına və “Xəzər günü”nə həsr olunmuş fləşmob keçirilib. Ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev jurnalistlərə müsahibəsində plastik qablardan istifadənin zərərlərindən danışıb.