Azərbaycan Dövlət İnformasiya Agentliyi

Havanın temperaturu 3-5 dərəcə aşağı enəcək

08.08.2018 [14:08]

Ekologiya və Təbii Sərvətlər Nazirliyi qeyri-sabit hava şəraiti ilə əlaqədar xəbərdarlıq edib. Avqustun 8-i axşam şimal və qərb rayonlarından başlayaraq Azərbaycanın rayonlarında hava şəraitinin qeyri-sabit keçəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var.

BÖLMƏNİN DİGƏR VİDEOLARI