CƏMİYYƏT


Ölkə ərazisində havanın temperaturu 34 dərəcəyədək yüksələcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə 21-24°, gündüz 26-31° isti, Bakıda gecə 22-24°, gündüz 29-31° isti olacağı ehtimalı var.