CƏMİYYƏT


İstirahət günü yağış yağacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Səhər yarımadanın bəzi yerlərində yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Arabir güclü şimal-qərb küləyi əsəcək, axşama doğru mülayimləşəcək. Abşeron yarımadasında gecə 22-24°, gündüz 25-29° isti təşkil edəcək. Bakıda gecə 22-24°, gündüz 26-28° isti təşkil edəcək.