Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Şerif” - “Qarabağ” oyununun hakimləri bəlli olub

18.08.2018 [19:21]

Ağdamın “Qarabağ” futbol klubunun UEFA Avropa Liqasının play-off mərhələsində səfərdə Moldovanın “Şerif” komandası ilə avqustun 23-də keçirəcəyi ilk oyunun hakimləri bəlli olub. Tiraspolda baş tutacaq görüşü avstriyalı hakimlər briqadası idarə edəcək. Matçın referisi Harald Lexner olacaq. Ona Andreas Heydenrex, Maksimilian Kolbim və Yulian Veynberger kömək edəcəklər.