Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakıda hava yağmursuz keçəcək

20.08.2018 [13:18]

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, yağmursuz keçəcək. Şimal-şərq küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək. Havanın temperaturunun gecə 20-23°, gündüz 25-30° isti olacağı gözlənilir.