Bayram günü ölkə ərazisində hava yağmursuz olacaq
21.08.2018 [13:39]
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək.
Havanın temperaturunun Abşeron yarımadasında gecə 18-23°, gündüz 25-30°, Bakıda gecə 20-22°, gündüz 28-30° isti olacağı ehtimalı var.