CƏMİYYƏT


Avqustun son günü Bakıda 34 dərəcə isti olacaq

Avqustun 31-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun Abşeron yarımadasında gecə 20-24, gündüz 29-34, Bakıda gecə 22-24, gündüz 32-34 dərəcə isti olacağı gözlənilir.