Havada müşahidə olunan tozun miqdarı gecə nisbətən azalıb
31.08.2018 [11:04]
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata görə gecə saatlarında Bakı və Abşeron yarımadasında tozun miqdarında nisbətən azalma müşahidə olunub.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu göstərici yenə də sanitar normadan iki dəfə yüksəkdir.