Azərbaycan Dövlət İnformasiya Agentliyi

Havada olan tozun miqdarı sanitar normadan iki dəfə artıqdır

31.08.2018 [18:47]

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata görə, Bakıda və Abşeron yarımadasında tozun miqdarı saat 18:00-da da sanitar normadan yuxarı olub.