Bakıda 31 dərəcə isti olacaq
03.09.2018 [12:43]
Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturunun Abşeron yarımadasında gecə 19-23, gündüz 27-32, Bakıda gecə 20-22, gündüz 29-31 dərəcə isti olacağı gözlənilir.