Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şəkili sənətkar: “ABAD”la əməkdaşlıq biznesimi genişləndirmək üçün yaxşı imkan yaradıb

03.09.2018 [13:12]

Xəbərin mətni
Şəkili sənətkar, milli musiqi alətləri ustası Mahir Vələdov iki ildən çoxdur ki, “ABAD”la əməkdaşlıq edir. O, sənətkarlar diyarı kimi tanınan Şəkinin ilk “ABAD”çılarındandır. Şəki şəhərinin qoruq ərazisində yerləşən “Sənətkarlar evi”ndə fəaliyyət göstərən Mahir ustanın ağacdan hazırladığı suvenirlər, kiçik ölçülü milli musiqi alətlərindən ibarət kompozisiyalar Şəkiyə gələn yerli və xarici turistlər tərəfindən böyük maraqla qarşılanır.