MƏDƏNİYYƏT


Şəkili sənətkar 270 ilə yaxın yaşı olan qədim şəbəkə nümunəsini bərpa edir

Tanınmış şəbəkə ustası Hüseyn Hacımustafazadə 30 ilə yaxındır ki, Şəki sənətkarlarının misilsiz sənət ənənələrini böyük sevgi ilə davam etdirir, bu qədim el sənətini yaşadır. Hüseyn Hacımustafazadə yeni şəbəkələr hazırlamaqla yanaşı, qədim şəbəkə nümunələrini bərpa etmək, gələcək nəsillərə çatdırmaq məqsədi ilə də axtarışlar edir, Şəkinin qədim evlərindən tapdığı şəbəkə nümunələrinə yeni nəfəs verməyə çalışır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır