Sabah 33 dərəcə isti olacaq
04.09.2018 [13:07]
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturunun Abşeron yarımadasında gecə 18-22, gündüz 28-32, Bakıda gecə 19-21, gündüz 29-31 dərəcə isti olacağı gözlənilir.