Ölkə ərazisinə Türkmənistandan toz dumanı daxil olub
05.09.2018 [16:38]
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin mütəxəssislərinin apardığı monitorinqlərin nəticələrinə əsasən sentyabrın 5-də ölkə ərazisində havadakı tozun miqdarının sanitar normadan artıq olduğu müəyyən edilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bunun səbəbi ölkə ərazisinə cənub-şərq hava axınları vasitəsilə Türkmənistandan toz dumanının daxil olmasıdır.