OANA İcraiyyə Komitəsinin üzvləri Tehranın görməli yerləri ilə tanış olublar
04.09.2018 [21:24]
Xəbərin mətni
Sentyabrın 4-də Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) İcraiyyə Komitəsinin üzvləri İran İslam Respublikasının paytaxtı Tehran şəhərinin görməli yerləri ilə tanış olublar.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, şəhərin Ərq meydanının yaxınlığında Tehran sədləri arasında yerləşən və Qacarlar sülaləsi dövrünə aid Gülüstan sarayı ilə tanışlıq qonaqlarda böyük maraq doğurub.