Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şimal və qərb rayonlarında arabir yağış yağacağı gözlənilir

07.09.2018 [14:00]

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sentyabrın 8-9-da ölkə ərazisində şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir. Gün ərzində əsasən şimal və qərb rayonlarında arabir yağış yağacaq. Bəzi yerlərdə yağışın leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var.