Bu gün Azərbaycan milli komandası UEFA Millətlər Liqasında ilk oyununu keçirəcək
07.09.2018 [17:47]
Sentyabrın 7-də futbol üzrə Azərbaycan milli komandası UEFA-nın təsis etdiyi qitə miqyaslı yeni futbol turnirində - Millətlər Liqasında ilk oyununu keçirəcək.
AZƏRTAC xəbər verir ki, “D” liqasının üçüncü qrupunda qərarlaşan Azərbaycan millisi Kosovo yığması ilə üz-üzə gələcək. Bakı Olimpiya Stadionunda keçiriləcək matç saat 20:00-da başlayacaq.