Bakıda dəbsevərlər üçün seminar təşkil olunub
08.09.2018 [18:27]
Bakıda tanınmış modelyer Zülfiyyə Sultanın moda məktəbinin təşkilatçılığı ilə dəbsevərlər və bu sahədə arzularını reallaşdırmaq istəyənlər üçün seminar təşkil edilib. Seminarda Ciel brendinin təsisçiləri Çinarə Natiq və Ellada Poladova iştirakçılara moda sektorunun tarixi, uğurlu dizayner olmaq, şəxsi marka yaratmağın vacib şərtləri haqqında geniş məlumat veriblər.