Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xəzərdə Azərbaycan gəmiçiliyinin salnaməsini canlandıran sərgi açılıb

10.09.2018 [11:43]

Xəbərin mətni
"Bakı Metropoliteni" QSC və "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin birgə təşkilatçılığı ilə "Gənclik" stansiyasında "Gəmiçilik-160 il" adlı fotoqalereya açılıb. AZƏRTAC xəbər verir ki, "Gənclik" stansiyasının bütün çıxışlarında nümayiş edilən foto sərgini vətəndaşlar ilin sonunadək ziyarət edə bilər. Sərgidə 90-dan çox foto nümayiş olunur.