CƏMİYYƏT


Bəzi şimal və qərb rayonlarında qısamüddətli yağış yağacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə yarımadanın bəzi yerlərində şimşək çaxacağı ehtimalı var. Şimal küləyi əsəcək, axşam arabir güclənəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə 19-22, gündüz 27-32, Bakıda gecə 19-21, gündüz 29-31 dərəcə isti olacağı gözlənilir.