İQTİSADİYYAT


Cocuq Mərcanlıda yaradılan arıçılıq təsərrüfatlarında ilk məhsul götürülüb

Cocuq Mərcanlıda 15 ailəyə hər birinə 10 arı ailəsi olmaqla, 150 arı ailəsi verilib. Arı təsərrüfatlarının hər biri gələcəkdə təsərrüfatın genişləndirilməsi üçün əlavə 10 ədəd yeşiklə, həmçinin arıçılıq avadanlıqları və materiallarla (gəzdirmə qutusu, qəfəs, fırça, əl dəmiri, körük, arıçı libası və sair), xəstəliklərə qarşı dərman vasitələri ilə təmin olunub.