MƏDƏNİYYƏT


Azərbaycan Xalq Cümhuriyyətinin və görkəmli bəstəkar Qara Qarayevin 100 illiyi Xorvatiyada qeyd olunub

Xorvatiya Musiqi İnstitutunda Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi və görkəmli bəstəkarımız Qara Qarayevin anadan olmasının 100 illiyi münasibətilə klassik musiqi konserti keçirilib. AZƏRTAC xəbər verir ki, konsert Xorvatiyadakı səfirliyimiz və Xorvatiya-Azərbaycan Dostluq Cəmiyyətinin təşkilatçılığı, Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə reallaşıb.